Ölkə futbolu
Andelkoviç: “Zirə”də nələrin baş verdiyini bilmirəm”

“Zirə”ni tərk etdim, çünki onlar məni təlim-məşq toplanışına aparmadılar” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”dən ayrılan serbiyalı futbolçu Nemanya Andelkoviç deyib.
25 yaşlı müdafiəçi gözlənilmədən Azərbaycan təmsilçisindən ayrılmasından danışıb: “Məşq etmək üçün ikinci komandaya göndərildim. Əsas komanda ilə Türkiyəyə yollana bilmədim. Nə baş verdiyini bilmirəm. Açığı, bunu gözləmirdim”.
“Rəşad Sadıqovla aranızda nə baş verdi” sualına Andelkoviç belə cavab verib: “Səmimi deyirəm ki, nələr olduğunu bilmirəm”.
Futbolçu “Zirə”yə təşəkkür də edib: “Hər kəsə təşəkkür etmək istəyirəm. Bakıda, “Zirə”də olan hər kəsə minnətdarlıq edirəm. Azərbaycan həmişə sevgi ilə xatırlanacaq. Amma yenə deyirəm ki, “Zirə”də nələrin baş verdiyini bilmirəm. Bu, futboldur və hər zaman dəyişikliklərə hazır olmalıyam. Mən hələ gəncəm və özüm üçün yaxşı karyera qura bilərəm. “Zirə”yə uğurlar arzu edirəm”.

Reklam
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı