Ölkə futbolu
Andrade yeni müqavilədən danışmadı: “Aramızda olan məsələdi”
“Çox xoşbətəm ki, çempion olduq. Ötən ildən bizdə məyusluq qalmışdı. Ona görə bu mövsüm hədəfimiz birincilik idi. Ona görə də xoşbəxtəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade deyib.
O, “Qarabağ”ın çempion olmasından söz açıb: “Düzdür, Kabo-Verdedə də çempionluq yaşamışdım. Amma bu, fərqlidir. Çünki xüsusi yerə sahib olacaq. Yaddaşımda başqa cür qalacaq. Həm mənim karyerama rəng qatacaq, həm də klubun tarixi zənginləşir. Fikrimcə, çempionluq böyük uğurdur”.
Andrade “klubla yeni müqavilə bağlayacaqsan” sualına belə cavab verib: “Hazırda agentim və klub arasında danışıq gedir. Bu, bizim aramızda olan məsələdir. Belə məsələni mətbuata çıxarmağı doğru saymıram”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə