Dünya futbolu
Anri İngiltərə klubu ilə razılığa gəldi
“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıda bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu “Bornmut” komandasını çalışdıra bilər. Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacaq.
Anri hazırda ABŞ-ın “Monreal İmpakt” klubunda baş məşqçilik edir. 43 yaşlı mütəxəssis daha əvvəl Fransada “Monako”nu çalışdırıb, Belçika yığmasında isə köməkçi məşqçi kimi işləyib.
Sabiq hücumçu futbolçu karyerası ərzində 1999-2007-ci illər aralığında İngiltərədə “Arsenal”ın şərəfini qoruyub.
“Bornmut” Çempionşipdə 30 turdan sonra 6-cı sıradadır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”