Dünya futbolu
Aquero karyerasını bərpa etdi – “Barselona” rəsmən açıqladı

Argentina millisinin və İspaniyanın “Barselona” klubunun sabiq hücumçusu Serxio Aquero karyerasını bərpa edib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu Ekvadorun “Barselona” klubu ilə müqavilə imzlayıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma təcrübəli futbolçu cəmi bir xeyriyyə matçında forma geyəcək.
Xatırladaq ki, Aqueronun son klubu “Barselona” olub. O, 2021/2022 mövsümündə La Liqanın 12-ci turu çərçivəsində baş tutan “Alaves”lə oyundan (1:1) sonra xəstəxanaya yerləşdirilib. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu həkimlərin müşayiəti ilə meydanı tərk edib. Kardioloji müayinələrdən sonra hücumçuya aritmiya diaqnozu qoyulub. Hücumçu ürəyindəki problemə görə 2021-ci ilin dekabrında futbolla vidalaşmışdı. O, karyerası ərzində ölkəsinin “İndependyente”, İspaniyanın “Atletiko” (Madrid) və İngiltərənin “Mançester Siti” klublarında da çıxış edib, Argentina millisində 101 oyuna 41 qol vurub.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün