I Liqa
“Araz Naxçıvan”da problem bitdi: klub yenə zirvə üçün yarışacaq

“Araz Naxçıvan”ın maliyyə problemləri yoluna qoyulmaq üzrədir. Klub yenidən normal fəaliyyətə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bir ara Naxçıvanda baş verən son olaylara görə taleyi dumanlı görünən klubun sponsorları yola davam etmək qərarına gəlib. Problemlər həllini tapıb və “Araz Naxçıvan” Birinci Divizionda liderliyini qorumaq üçün çalışacaq.
Naxçıvanlılar yeni mövsümdən Premyer Liqada çıxış etmək istəyir. Lisenziya tələblərini yerinə yetirməyə çalışan klub, eyni zamanda yarışıdığı liqada zirvədə olmalıdır. Belədə Premyer Liqaya iddia etmək daha asan olacaq.
“Araz Naxçıvan” hazırda ikinci pillədəki “Turan Tovuz-2”-dən cəmi 4 xal öndədir. Amma əvəzedicilərin yarışda müsabiqədənkənar çıxış etdiyini nəzərə alsaq, əsas rəqib MOİK-dir. Hərbçilər isə liderdən 11 xal geridədir və qalan 14 turda fərqi qapamaları inandırıcı görünmür.
Muxtar Respublika təmsilçisi belə davam edərsə, Premyer Liqada çıxış etməyə əsas namizəd olacaq. Çünki AFFA rəhbərliyi elitada sonuncu yeri tutan komandanın Diviziona düşəcəyini vəd edib. Belədə həmin komandanı kimsə əvəz etməlidir. Sponsorların komandaya dəstəyi davam etdirməsi bir yana, 3 milyon manatlıq dövlət yardımı da “Araz Naxçıvan”ın Premyer Liqada oynaması üçün kifayət etməlidir.

- Ölkə futbolu2023-11-29 22:36
“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq – Qurban Qurbanov
- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”
- Milli komanda2023-11-30 08:00
Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?