Dünya futbolu
Argentina millisi 28 il sonra çempion oldu!
Futbol üzrə Amerika kubokunun yeni qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Argentina və Braziliya milli komandaları üz-üzə gəliblər.
Braziliyada, “Marakana” stadionunda oynanılan qarşılaşmanı uruqvaylı hakim Esteban Ostoyiç idarə edib. İyulun 10-dan 11-nə keçən gecə – saat 04:00-da start götürən oyunda qalib gələn tərəf Argentina millisi olub. Anxel Di Mariyanın 22-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
Bununla da, Argentina millisi 28 ildən sonra Amerika kubokunu qazanıb. Bu, argentinalıların qazandığı 15-ci Amerika kuboku olub.
Amerika kuboku
Final
11 iyul
Argentina – Braziliya 1:0
Qol: Anxel Di Mariya, 22.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi