Ölkə futbolu
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”

Kipr mətbuatında “Qarabağ”ın “Aris” klubunun qapıçısı Vana Alves üçün Limassol klubuna təklif göndərdiyi barədə xəbərlər yayılıb. Belə ki, ağdamlıların 31 yaşlı braziliyalını heyətinə qatmaq istədiyi, lakin kiprlilərin mənfi cvab verdiyi qeyd edilib.
Futbolinfo.az-a açıqlama verən kiprlilərin mətbuat xidmətinin rəhbəri Kristoforos Mikaeloudis məlumatı təkzib edib. O bildirib ki, Azərbaycan tərəfindən heç bir təklif almayıblar: “Bizimlə bugünədək əlaqə saxlayan olmayıb”.
Qeyd edək ki, hazırda qapıçı axtarışında olan “Qarabağ”ın transfer siyahısında Vana Alvesin də yer aldığı bildirilirdi. “Portu”nun sabiq qolkiperinin “Aris”lə müqaviləsi yayda başa çatacaq.

- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”