İngiltərənin “Arsenal” klubunun 2023/2024 mövsümü üçün ən yaxşı futbolçusu açıqlanıb.

Futbolinfo.az “topçular”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubunun azarkeşləri Martin Edeqoru ötən mövsümün ən yaxşı futbolçusu seçiblər.

25 yaşlı yarımmüdafiəçi 33 faiz səs toplamaqla bu titula yiyələnib. Deklan Rays ikinci, Vilyam Saliba isə üçüncü yerə layiq görülüb.

Edeqor arxada qalan mövsümdə “Arsenal”ın heyətində 48 oyuna çıxıb və 11 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp