Dünya futbolu
“Arsenal”dan növbəti rəsmi transfer

Ötən həftə Leandro Trossardı heyətinə qatan “Arsenal” daha bir oyunçu ilə gücləndi. Londonlular “Spetsiya”nın mərkəz müdafiəçisi Yakub Kiveri heyətinə qatdı.
Futbolinfo.az xəbər verir ki, polşalı futbolçu ilə danışıqlar qısa müddətdə müqavilə bağlanması ilə nəticələndi. 22 yaşlı oyunçuya görə İtaliya təmsilçisinə 20 milyon avro ödəniləcək.
İlyarım öncə “Jilina”dan A Seriyası təmsilçisinə 400 min avroya satılan futbolçu qısa müddət ərzində dəyərini kifayət qədər artırdı. “Arsenal” da müdafiəçinin potensialına inandığından onunla 2028-ci ilin yayında bitəcək anlaşma imzaladı.
“Topçular”ın baş məşqçisi Mikel Arteta transferdən məmnundur: “Kiver universal futbolçudur, müdafiədə çoxyönlü işlər görəcək, oyunumuza keyfiyyət qatacaq”.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib