Dünya futbolu
“Arsenal”ın futbolçusu Fransa klubunda
Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Nuno Tavaresi heyətinə qatıb.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 22 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə götürülüb.
Nuno Tavares Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. O, 2021-ci ilin iyulundan “Arsenal”da çıxış edirdi. Müdafiəçi geridə qalan mövsümdə London klubunun heyətində 28 oyuna çıxıb, 1 qol vurub.
“Olimpik” öz hücumçusu Luis Enrikeni də Braziliyanın “Botafoqo” klubuna icarəyə verib. Klub 20 yaşlı braziliyalı hücumçunun 2023-cü ilin 30 iyununa qədər ölkəsində çıxış edəcəyini açıqlayıb.
Luis Enrike “Olimpik”ə 2020-ci ildə məhz “Botafoqo”dan transfer olunub. O, geridə qalan iki mövsüm ərzində Marsel təmsilçisində 49 oyuna çıxıb, 2 qol vurub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq