Dünya futbolu
Asensio Madriddən ayrılır – razılaşa bilmədilər
“Real” Marko Asensio ilə anlaşa bilməyib. Hər iki tərəf yeni müqaviləni arzulasa da, şərtlərdə ortaq məxrəcə gələ bilməyiblər.
Futbolinfo.az xəbər verir ki, müqaviləsinin müddəti bu yay başa çatan cinah oyunçusu Madriddə qalmağı arzulayır. Heyətə az düşsə də, baş məşqçi Karlo Ançelotti onu tez-tez şans qazanacağına inandırıb. Lakin rəhbərlik Markonu qane edən təkliflə çıxış etmir.
Asensio mövsüm bitdikdən sonra yekun qərarını verəcək. Lakin hazırda onun nümayəndəsi digər klublarla fəal danışıqlar aparır. PSJ-nin də istədiyi futbolçunun əsas müştəriləri İngiltərə klublarıdır. Xüsusilə “Aston Villa” yarımmüdafiəçiyə maraq göstərir. Bu komandanın ispan məşqçisi Unay Emeri Markonun oyununun heyranıdır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı