Ölkə futbolu
Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin edildi

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib, qurumda yeni vitse-prezident vəzifəsi yaradılıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.
Yeni yaradılmış vəzifəyə artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olunub.
Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində işləyir. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə