Layihə
Avarçəkmə bazasının “daimi sakini” – VİDEO

Rəmzi Sanayev 8 ildi avarçəkmənin kanoe növü ilə məşğul olur. 22 yaşlı avarçəkən bu illər ərzində bir sıra uğurlara imza atıb.
O, 4 dəfə Azərbaycan çempionatında fəxri kürsünün ilk pilləsində yer alıb. Rəmzi həm də Gürcüstanda keçirilən beynəlxalq turnirdədə uğur qazanmağı bacarıb. Bu nəticələr yenicə başlayan karyerada perspektivli idmançımızın ilk addımlarıdı.
Rəmzi ilə söhbətimiz zamanı avarçəkmə idman növünü çox sevdiyini və gününün çox hissəsini avarçəkmə bazasında keçirdiyini bildirdi.
Rəmzinin məşqçisi İsfəndiyar Cəfərov da tələbəsinin hazırlığından razıdı. O, inanır ki, Sanayev yaxın illər ərzində milli komandanın heyətində möhkəmlənib beynəlxalq yarışlarda iştirak edəcək.
Oktyabrın 21-23-də beynəlxalq “Mingəçevir Reqatası” keçiriləcək. Artıq yerli avarçəkənlər bu mötəbər yarışa hazırlaşırlar.
VİDEOMATERİALı izləməklə perspektivli idmançımızın, eləcə də məşqçisinin fikirləri ilə tanış ola bilərsiniz.
BƏHRUZ MUSAYEV, Mingəçevir
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə