Digər idman növləri
AVF rəsmisinə beynəlxalq təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.
Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın “Styaua” və Yunanıstanın “Olimpiakos” komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.
Xatırladaq ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.
