Digər
Avrokubok oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq

2023/2024 mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər.
“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.
Artıq bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) görüşünü saat 23:00-dan etibarən İTV-dən izləmək mümkün olacaq.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə