Dünya futbolu
Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimə Bakı vaxtı ilə saat 16:00-da start verilib.
Bu mərhələdə komandalar səbətlərə bölünməyib. Bu üzdən də eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola bilərdilər.
Bu mərhələnin ən maraqlı görüşlərindən biri “Mançester Yunayted”lə “Milan” arasında baş tutacaq.
“Arsenal” “Olimpiakos”la, “Tottenhem” isə Zaqreb “Dinamo”su ilə düşüb.
1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Avropa Liqası
1/8 final
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” (Kiyev, Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu