Digər idman növləri
Avropa çempionatına hazırlıq başladı, heyət açıqlandı
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev rəhbərlik edir.
Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.
Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib