Bizi izləyin

Ölkə futbolu

Avropa Liqasına kim getsin: “Sumqayıt”, yoxsa “Zirə”?

blank

“Sumqayıt” ötən mövsüm ölkə kubokunun finalına çıxmaqla avrokuboklara vəsiqəyə çox yaxın idi. Komanda son anda əldən gedən imkana görə ruhdan düşmədi, əksinə, bu mövsüm hədəfə daha ciddi motivasiya oldu. Hazırda Ayxan Abbasovun yetirmələri kubokda ¼ finalçıdı, çempionatda da 4-cü pillədə qərarlaşıb.

Vəziyyət elədi ki, çempionatın dayandırılmasına qərar verilsə, ölkəmizi Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil etməli olacaq. Digər komandalar izləyicilərindən ciddi xal fərqi ilə öndə olduğundan, hətta mövsümün davam etdirilməsi halında da çox şeyin dəyişməyəcəyi təxmin edildiyindən, gözlər 4-cü pillədədi. Bu yerə iddia edən “Sabah”la “Zirə” mövsümün bərpasını arzulayır. “Sabah” kubokda “Qarabağ”ın qalib olacağına ümid edərək çempionatda ilk “dördlüy”ə düşməyi hədəfləyir, “Zirə” isə hər iki cəbhədə şansını sınamaq niyyətindədi.

***

Azərbaycan Premyer Liqasında mövsümün taleyi bugünlərdə bəlli olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərar birbaşa top oyununun ölkəmizdəki mənzərəsini də müəyyən edəcək.

Bir aydı xüsusi karantin qaydalarındakı “yumşaldılma”ya ümid edən funksionerlər günləri, həftələri ötürməklə məşğuldu. Və nəhayət, iyunun əvvəlində gözlənilən qərarın veriləcəyinə ümid edirlər. İdman qurğuları açılmasa, ən azı futbol klublarına məşqlərə başlamaq üçün icazə verilməsə, çempionatın bərpası mümkünsüzləşəcək. Daha sonra faktiki olaraq, vaxt çatmayacaq.

Bütün dünyada normal həyata doğru dönüş reallaşır, əksər ölkələrdə futbol klubları məşqlərə başlayıb. Azərbaycanda isə nəqliyyatla, iaşə obyektləri ilə müqayisədə, demək olar, risksiz olan idman təsərrüfatının “yaddan çıxması” maraqlıdı. Ümid edirik, bu həftə ən doğru qərar verilər, əks halda, cavabını gözləyən bir çox suallar beyinləri çox qarışdıracaq.

***

Mövsüm bərpa edilsə, “Qəbələ” də ümidlənəcək. Əyalət təmsilçisi kubokun yarımfinalçılarından biridi, heç nə bitməyib, qitə yarışlarına yollanmaq üçün 3 həlledici oyun var.

Amma çempionatın ləğv edilməsi, komandaların indiki durumuna görə avrokuboklara vəsiqəyə layiq bilinməsi versiyası reallaşmağa doğru getdikcə narazılıqlar özünü büruzə verir. “Qəbələ” və “Sabah” fors-major halında nəsə deməkdə acizdi, lakin “Zirə” gündəmi dəyişir.

“Qartallar”ın baş məşqçisi Zaur Həşimov ötən günlərdə mətbuata müsahibəsində Avroliqadan kənar qalmalarını haqsızlıq sayacaqlarını, bu durumdan narazı olacaqlarını dilə gətirdi. O, qitə yarışlarına daha layiq olduqlarını düşünür və eyni xal topladıqları “Sumqayıt”dan şəxsi oyunlarda üstün olmalarını əsas gətirir.

Hazırda 4-cü pillədə olan “Sumqayıt” yalnız daha yaxşı top fərqinə görə “Zirə”dən öndədi.

  1. Sumqayıt      20            6             5             9             24-32       23
  2. Zirə                20            6             5             9             25-37       23

Komandalar cari mövsümdə 3 dəfə qarşılaşıb, Sumqayıtdakı oyunlarda hərənin 2:1 hesablı bir qələbəsi var, Zirədə isə bərabərlik qeydə alınıb. Belədə hər iki tərəf üçün eyni rəqəm ortaya çıxır – 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 5:5. Lakin Həşimov rəqib meydanında daha çox top vurmalarını üstünlük sayır.  Belə ki, yarışların əsasnaməsinə görə, Premyer Liqada iki və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa, qalib şəxsi görüşlərdə üstün olan sayılır.

Zaur bəy Sumqayıtda 3:3 hesabına görə üstün olduqlarını düşünür və ilk baxışdan haqlıdı. 4-cü oyun keçirilməyəcəksə, bunun günahkarı kimsə deyil, fors-major haldı və yekunda indiki turnir cədvəli əsas sayılacaqsa, o zaman hansı meydanda neçə oyun keçirilməsi önəm daşımır. Lakin…

…Lakin iş ondadı ki, Peşəkar Futbol Liqasının hazırladığı və mövsümün əvvəlində elan etdiyi Əsasnamə “Sumqayıt”ın xeyrinədi. Rəsmi sənəddə qeyd olunur:

Premyer Liqa və I Divizion yarışında komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir. Qələbəyə görə 3, heç-heçəyə 1 xal verilir, məğlubiyyətə görə xal verilmir. Premyer Liqada iki və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa, qalib aşağıdakı göstəricilərə müvafiq olaraq müəyyən edilir:

komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə;

komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi;

mövsüm ərzində ən çox qələbə qazanmış komanda;

bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;

bütün görüşlərdə vurulmuş topların sayına görə;

ən az qayda pozuntularına görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal);

püşkün nəticəsinə görə.

Göründüyü kimi, Əsasnamədə səfərdə daha çox qol vurmaq üstünlük sayılmır və bütün göstəricilərdə bərabər olan cütlükdən “kimyaçılar”ın üstünlüyü 4-cü bənddə üzə çıxır (-8:-12). Təbii ki, “Zirə” bundan narazıdı və haqsızlıqdan gileylənə bilər, lakin mövsümün əvvəlində qəbul edilən Əsasnamə var.

O başqa məsələ ki, PFL Əsasnaməni hazırlayarkən şəxsi oyunlarla bağlı bölümdə səfər qoluna ehtiyac duymamaqla bəlkə də düzgün etməyib. Lakin hər ölkədə fərqli qaydalar var və daha öncədən bəlli olan şərtlərə uymaq zamanıdı.

***

Mənzərə belədi – “Zirə” narazılıq etməkdə haqsız olsa da, “mızıldanma”ya qismən haqq qazandırmaq istəyirsən. Əsanamələr ya daha yaxşı hazırlanmalı, ya da iştirakçılar onun bəndlərindəki incəlikləri vaxtında anlamalı, razı deyilsə, iş bu həddə çatmamış münasibət bildirməlidi.

Ümid edirik, Operativ Qərargah tezliklə klubların məşq etməsinə imkan yaradacaq qərarı verəcək və o zaman belə hesablamalara ehtiyac yaranmayacaq. Premyer Liqanın bərpa olunmasıyla meydanda üstünlük qazananlar avrokubok yoluna tutarsa, pandemiyanın “Sumqayıt”a xeyrindən, bu şəhərin qitə arenasında debütünə koronavirusun səbəb olmasından danışmayacağıq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Premyer-liqa2024-04-19 16:52

“Turan Tovuz” “Sumqayıt”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm