Bizi izləyin

Ölkə futbolu

Avstriya nümunəsi: Düzgün inkişaf strategiyasını AFFA müəyyənləşdirməlidi

blank
blank

Azərbaycan futbolunun strategiyasını AFFA müəyyənləşdirməlidi. Amma bizim assosiasiyada rəhbərlər o qədər səriştəsizdi ki, futbol siyasətini doğru seçə, inkişafa nail ola bilmirlər, bu səbəbdən hər gün uçurumun dibinə daha çox yuvarlanırıq.

15 ildi belə görürük. Futboldan bixəbər Elxan Məmmədov top oyununa calanan gündən indiyədək nə bir uğurlu layihə görmüşük, nə də onun real nəticəsini. Onun-bunun ağzını güdüb, əndrabadi qərarlar verən icraçı vitse-prezident işgüzar imicini korlaya-korlaya yoluna davam edir.

Əslində, başqalarının təkliflərinə isti yanaşması, onların yekun nəticəsini hesablamadan İcraiyyə Komitəsində təsdiqlətdirməsi Məmmədovun da işinə yarayır. Hesabat zamanı gələndə bütün uğursuz layihələrin səbəbkarları məhz onun özü tərəfindən ifşa edilir, ictimailəşir, Məmmədov özünü təmizə çıxarmağa çalışır. Halbuki futbol siyasətini, strategiyanı müəyyənləşdirmək ilk növbədə məhz külli-ixtiyar sahibi olan Elxan bəyin borcudu.

Bu gün AFFA İcraiyyə Komitəsi öz mənfəətini düşünən bir-iki klub rəhbərinin, məşqçinin təklifini bəhanə bilib legioner limitini dəyişdirir. Başqa vaxt milli komandanın uğuru naminə yerli oyunçulara güvənməyin vacibliyini deyənlər indi hansısa maraqlara görə belə addım atır.

Bütün təkliflər müzakirə olunmalıdı, lakin yekun qərarı verib vahid strategiyanı AFFA müəyyən etməlidi. Ötən illər göstərdi ki, məhz doğru strategiyanın seçilməməsinin fəsadlarını yaşayırıq. Yüzmilyonlar, milyardlar xərclənib, biz isə dünya reytinqində hər gün daha da geri gedirik.

Təcrübədə çox layihələr görmüşük. Dünya ölkələrinin böyük əksəriyyətində müxtəlif uğurlu planlar işlənib, yeni futbolçu nəsli yetişdirilib, uğurlar sıralanıb. SSRİ vaxtı futbolda qapazaltı olan Latviya, hokkeyi ilə tanınan Finlandiya, futbol oynamağa quru sahəsi tapılmayan İslandiya və başqaları zaman-zaman müxtəlif layihələr reallaşdırıb, Avropa və dünya çempionatlarının final mərhələsində təmsil olunub. Azərbaycanda isə hamı yalnız bugünü qovub, milyonları cibə ötürüb.

Futbol siyasətini “Sabah”, “Zirə”, “Neftçi” klublarının rəhbərliyi, məşqçi heyəti yox, AFFA, onun İcraiyyə Komitəsi müəyyən etməlidi. Amma bizdə hələ də gələcəkdə məsuliyyətdən yayınıb günahı başqalarının boynuna qoymaq xislətindən əl çəkməyən AFFA, başqalarının çaldığı havaya oynayır.

Bu gün limit dəyişəcək, ola bilsin, gənc futbolçuların start heyətdə oynaması qaydası ləğv ediləcək. Müzakirələrin yekun nəticəsidisə, olsun, lakin axı, daha uğurlu işlər görmək, planlar qurmaq olar. Əvvəlki yazılarımızda İslandiya, Belçika, Danimarka nümunələrindən bəhs etmişik, indi isə əhali sayına, ərazisinə, imkanlarına görə Azərbaycana uyğun olan daha bir ölkəni nümunə göstərəcəyik. Avstriyada başverənlərə, tətbiq edilən layihələrə diqqət yetirməyə dəyər.

Avstriyada son illərdə görülən işlər, aparılan islahatlar nəticəsində ölkə klub reytinqində 8-ci pilləyədək irəliləyib, ikisi ÇL-də olmaqla 5 komandası avrokubokda mübarizə aparır. Məhz görülən işlərin sonucunda yetişən yeni gənc nəsil kifayət qədər böyükdü. İstedadı üzə çıxarılan belə futbolçular bir çox Avropa klublarına transfer edilir. Təsadüfi deyil, Avstriya transfer əməliyyatlarından sonra futbolçu ixrac edib pul qazananlar arasında ən yaxşı saldoya malik olan 4-cü ölkədi. Son 5 ildə Avstriya klubları 300 milyon avroya yaxın xalis qazanc əldə edib.

Avstriyada klubların büdcələri sponsorluq müqavilələrindən, teleyayım hüquqlarından və transferlərdən formalaşır. Ölkənin orta səviyyəli istənilən klubunun büdcəsi belə formalaşır:

14 faiz – matçlar

27 faiz – teleyayım

40 faiz – sponsorluq

19 faiz – digər gəlirlər, o cümlədən oyunçu satışı

Bunun nəticəsində hətta aytsayder komandaların oyunçularının orta aylıq gəliri 5000 avrodu. Məhz islahatlar sayəsində yetişən gənc nəsil Avropaya axışır. Bizimkilər legioner limitini qaldırdığı bir vaxtda Avstriya Bundesliqasında oyunçuların 73.6 faizi yerli kadrlardı. Təkcə David Alaba nümunəsi kifayətdi. “Austriya”da yetişən ulduz əsas heyətdə debüt edəndə 15 yaşı var idi, indi dünyanın ən titullu futbolçularından biridi, “Real”la Çempionlar Liqasının yarımfinalında oynayır.

Bizimkilər Maykl Essyeni bulvardan tutub ona forma geyindirdiyi halda Avstriya klubları tanınan futbolçulara böyük məbləğlər ödəmir, hətta milli üzvlərini transfer etmirlər. Məsələn, Avro-2016-da millinin cəmi 1 üzvü yerli çempionatdan idi. Avstriya yığması əsasən zamanında Avropa klubları tərəfindən transfer edilən legionerlərdən qurulmuşdu.

Təbii ki, klubların uğurlu fəaliyyəti, inkişafı düzgün qurulmuş sistemin nəticəsidi. Məsələn, çempionatın teleyayımına görə ümumi büdcəyə 34 milyon avro daxil olur. Həmin məbləğin ədalətli bölünməsinin, strategiyanın düzgün müəyyənləşməsinin nəticəsidi ki, gəlirlər artır, bu məbləğ gələn mövsüm 41 milyon avroya qalxacaq. Teleyayımçı şirkət auditoriyanın marağına görə buna razılaşıb. Bizdən də az, cəmi 9 milyon əhalisi olan ölkədə izləyici sayı ildən-ilə artır: iki il öncə oyunları 1.2 milyon insan izləyirdisə, indi bu rəqəm 1.8 milyona çatıb.

İnkişafa hamı töhfə verir və bu, yerli futbol qurumunun düzgün strategiyasının nəticəsidi. Yerli futbol təşkilatı teleyayımdan gələn gəliri klublar arasında bölərkən onları həm də stimullaşdırır. Belə ki,

…30 faiz – 9 milyon (hər kluba 750 min avro): hamı arasında bərabər bölünür

…30 faiz – 9 milyon: komandaların çempionatdakı nəticələrinə, topladığı xallara uyğun paylanır

…20 faiz – 6 milyon: komandaların oyunlarına gələn azarkeşlərin sayına uyğun bölüşdürülür

…20 faiz – 6 milyon: limitə görə paylanır. Oyunların iştirak ərizəsinə 12-dən az olmayaraq avstriyalı salınmalıdı (6 əcnəbiyə icazə var) – onların oynama faizləri, dəqiqələri hesablanır və pul buna görə klublara fərqli məbləğdə çatır. “Zalsburq” kimi nəhənglər fərqli, digər klublar büdcəsini zənginləşdirmək üçün pay bölgüsünə uyğun yol seçib.

Bu cümlələri oxuduqca Azərbaycanda eyni mühitin olmamasını düşündüyünüzün fərqindəyik. Bəli, bizdə sponsorluq müqavilələri, bilet satışı, teleyayım kimi məsələlərdən qazanc götürmək mümkünsüzdü. Amma AFFA bunun yolunu düşüməlidi. Əvvəla, “Misli”nin nümunəsində sponsor tapılmalıdı, büdcənin qalan hissəsi SOCAR-dan təmin edilməlidi. Teleyayım hüququ bəh-bəhlə “CBC Sport”a satılıb, lakin klublar bugünədək bir qəpiyin yiyəsi olmayıb. Həmin məbləğ yerinə qoyulmalı, çempionatın sponsoru dəqiqləşməli, büdcə formalaşmalıdı.

Dövlət onsuz da futbola qayğı göstərir, SOCAR xəttiylə milyonlar ayrılır. Həmin məbləğ bir yerdə toplanmalı, Avstriyada olduğu kimi, müəyyən edilmiş sistemlə paylanmalıdı. İddialılar bəllidi, digərləri üçün çox keçərli variantdı. O zaman heç nə havayı gəlmədiyindən “Sumqayıt” milliləşənlərə pul dağıtmayacaq, yerli futbolçular yetişdirib həmin məbləği qazanmağa məcbur olacaq. “Səbail”ə boş yerə milyonlar xərclənir, sistem tətbiq edilsə, klub o pulu qazanmağa, deməli, düzgün işləməyə məcbur olacaq. “Keşlə”yə 4-5, “Sumqayıt”a 3, “Qəbələ”yə 2, “Səbail”ə 1,5 milyonu sadəcə, xərcləmək üçün vermək lazım deyil. Sistem müəyyənləşsə, klublar daha çox qazanmaq üçün işlər görəcək. O zaman sağlam rəqabətdə həm yeni nəsil yetişdiriləcək, həm də ümumi səviyyə qalxacaq.

Pulun olmamasını, teleyayımdan gəlir gəlməməsini bəhanə etmək lazım deyil, o pulu zatən dövlət ayırır. Sadəcə, düzgün formul müəyyənləşdirib maliyyəni klublara tanışlığa, dostluğa, tələbə görə yox, görülən işə uyğun vermək lazımdı.

Avstriya futbolunun inkişafının digər səbəbi hərtərəfli islahatlardı. 2018-də dəyişikliklər edildi, 12 komandalı, “6-lıq sistemi”nin olduğu çempionat yaradıldı. Belədə rəqabət də, komandaların stimulu da artdı.

Eyni sistem Azərbaycanda hələ 10 il əvvəl tətbiq edilmişdi, effekt də verirdi. Belə ki, çempionatın, klubların səviyyəsi, qalxdı. Amma o zaman da vahid strategiya müəyyənləşmədi, maliyyə bölgüsü düzgün aparılmadı, stimul olmadı, klublar yarışa fərqli yanaşdı, bəziləri israfçılığa getdi və uğurun davamı gəlmədi. Halbuki həmin vaxt “6-lıq”da oynayan komandaların hamısı indiki “Qarabağ”la bərabər səviyyədə idi, sonradan avrokuboklarda sıralanan uğurlar da o rəqabətə görə mümkünləşdi.

Avstriyada islahat təkcə çempionatla bağlı deyil, milliləri, uşaq-gənclər futbolunu özündə birləşdirir. Əsas məqsəd yığmaların, klubların səviyyəsini qaldırmaqdı və buna nail olurlar, saysız-hesabsız futbolçu yetişərək daha güclü çempionatlara gedib. İnfrastruktur, təhlükəsizlik fondları yaradılıb, klublardan yığılan cərimələr stadionlara, azarkeşlərə xərclənir. Pulun bölgüsündə azarkeşlərin sayına görə müəyyən faizin nəzərdə tutulması məhz kütləviliyin, marağın təmin edilməsi üçündü.

Şərtlər fərqli ola bilər, amma yuxarı-aşağı hər yerdə eyni pullar dövr edir. Fərqli olan həmin maliyyənin bölüşdürülməsində düzgün addımların atılması, kəmiyyətin keyfiyyətə çevrilməsidi. Avstriyada islahatlar futbolun inkişafı, bizdə isə 1-2 nəfərin şəxsi maraqları üçündü. Klublara məsləhətləşmələr, təkliflərin dinlənməsi yaxşıdı, lakin AFFA öz strategiyasını müəyyənləşdirməli, ümumi sistem yaratmalıdı. Ölkədə futbol siyasətini bu qurum müəyyənləşdirir, ona görə də mövcud duruma görə zaman-zaman klubları, uşaq məşqçilərin, rayon icra hakimiyyətlərini, AGİN-i suçlamaq bəhanə axtarmaqdan başqa bir şey deyil.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Dünya futbolu2024-04-18 08:35

Avroliqa: “Liverpul” revanş ala biləcəkmi?

blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm