Dünya futbolu
“Ayaks” Heytinqaya tapşırıldı – müvəqqəti
“Ayaks” dünən istefaya göndərilən Alfred Şröyderə əvəzləyici axtarır. Amsterdamlılar tez bir zamanda yeni baş məşqçi tapmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, klubun idman direktoru Edvin van der Sar bu istefadan məmnun deyil: “Çox çalışan insanlarla yolları ayırmaq xoş deyil. Amma belə davam edə bilməzdik, nəticələrimiz yaxşı deyil. Düzdü, yayda çoxlu futbolçu itirdik. Bununla belə, heyətimiz daha yaxşı yerlərdə olmağa qadirdir. 5-ci pillə ilə barışa bilməzdik”.
Van der Sar “Ekselsior”la növbəti matça kimi yeni baş məşqçini tapacaqlarına əmin deyil: “Bir günün içində istədiyiniz səviyyədə məşqçini tapa bilməzsiz. Ciddi araşdırmalıyıq. Hələlik məşqləri Con Heytinqa keçəcək. Ümid edirəm, tez bir zamanda axtarışları bitirərik”.