Dünya futbolu
“Ayaks”ın kapitanı evinin qarşısında hücuma məruz qaldı

Futbol üzrə Serbiya millisinin və Niderland “Ayaks”ının kapitanı Duşan Tadiç naməlum şəxslərin hücumuna məruz qalib.
Futbolinfo.az xəbər verir ki, hadisə 33 yaşlı yarımmüdafiəçinin evinin qarşısında baş verib.
Təcrübəli oyunçu avtomobilini park edərkən iki nəfərin onu izlədiyini görüb. Maşından düşdükdən sonra dərhal evə doğru qaçan yarımmüdafiəçi giriş qapısında tanımadığı şəxslərlə əlbəyaxa olub. Cinayətkarların əlindən xilas olan futbolçu yaxınlıqdakı hotellərdən birinə sığınıb.
Tadiç hadisə nəticəsində ciddi xəsarət almayıb. Məsələ ilə bağlı cinayət işi açılıb.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-09-02 08:00
“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq
- Ölkə futbolu2023-09-02 11:32
Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu