Ölkə futbolu
Ayxan Abbasov baş katiblə görüşdən danışdı

AFFA-nın baş katibi Sərxan Hacıyev Premyer Liqa klublarının baş məşqçiləri ilə görüşlərə start verib. O, iş başında olan mütəxəssislərlə bir araya gələrək onların düşüncələrini dinləyir, problemlərlə maraqlanır.
Futbolinfo.az xəbər verir ki, Gəncədə Tərlan Əhmədovla bir araya gələn Hacıyev, ardınca “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovla görüşüb. Sərxan bəy və onu müşaiyət edənlər dünən də “Şamaxı”nın məşqçi tandeminə baş çəkməli idi.
Bu görüşlər davam edəcək. Bölgə klublarının ardınca Sumqayıtda və paytaxtda məskunlaşan klublarda da müzakirələr olacaq. Hacıyevin bu təşəbbüsü problemləri məşqçilərin dilindən eşitmək istəyi ilə bağlıdır. O, çıxış yollarını da futbolun içində olan insanlarla müzakirə etməyə çalışır.
Baş katiblə görüşməyə imkan tapan məşqçilərdən Ayxan Abbasovla əlaqə saxladıq. “Turan Tovuz”un çalışdırıcısı belə bir görüşün baş tutduğunu etiraf etdi: “AFFA rəhbərliyinə bu təşəbbüsə görə minnətdarıq. Yaxşı ki, Premyer Liqa klubları ilə belə müzakirələri lazım bilirlər. Sərxan bəylə saatyarıma yaxın söhbət etdik, mövzumuz inkişaf üçün təkliflərin dinlənməsi, müzakirəsi idi. Bildiyim qədər bütün klub məşqçiləri ilə danışılacaq. Ola bilsin, bəzi fikirlər üst-üstə düşdü və ya hansısa mövzuda fikirlər haçalandı. Əsas odur ki, müzakirələr aparılsan, ən yaxşını müəyyən edə bilək, inkişafa nail olmaq üçün töhfə verək. Xüsusilə bölgələrdə futbolun inkişafına nail olmaq lazımdır”.

- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu