Bizi izləyin

Ölkə futbolu

Ayxan Abbasov: “Konfrans Liqasında ilkə imza atmaq istəyirik”

blank

“İlk toplanışımız istədiyimiz kimi alındı. Əsas odur ki, zədəli futbolçumuz olmadı. Bir az Vüqar Mustafayevlə Tellur Mütəllimovun yüngül zədələri var idi. Onları riskə atmaq istəmirdik”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Sumqayıt” komandasının baş məşqçisi Ayxan Abbasov “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

40 yaşlı mütəxəssis Mustafayev və Mütəllimovun Türkiyənin Ankara şəhərindəki hazırlıq prosesinə qoşulacağını bildirib: “İlk oyun həmişə çətin olur. Futbolçular istirahətdən gəlib və ağır məşqlər keçiblər. “Qarabağ” kimi komandaya qarşı oynamaq yaxşıdır. Çünki bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Bu gün oyunçulardan istədiyimizi aldıq. Oyunun tempini saxlamaq istəyirdik. Futbolçularımız hərəkətli idilər. Amma görüləsi işlərimiz çoxdur”.

Abbasov “gənclik şəhəri” təmsilçisinin gənc futbolçuları haqqında bunları söyləyib: “Bu gün gənclərə şans verməli və səbrli olmalıyıq. Bunlardan nəisə tələb etsək və nəticə istəsək, düzgün olmaz. Hamısı akademiyadan çıxan oyunçulardır. Bizim də onlardan gözləntilərimiz var. Bu gün üçün onların Premyer Liqa üçün tam hazır olduğunu desək yalan olar. Onlar üçün Türkiyə toplanışında iştirak etmək şansdır”.

Gənc baş məşqçi hücumçu Əli Qurbaninin məsələsinin həll edilmədiyini əlavə edib: “İlk növbədə bilməliyik ki, bu futbolçu bizimlə davam edəcək, ya yox. Bu günlərdə qərar verməliyik. Ondan sonra ən azı 3 futbolçu transfer etmək istəyirik. Çünki bizə mütləq futbolçu lazımdır. Həm güclənməliyik, həm də kollektivdə rəqabət olmalıdır. Gedən oyunçuların yerini doldurmalıyıq. Bunun üzərində işləyirik. Digər klublardan fərqimiz odur ki, legioner gətirmirik. Ancaq Azərbaycan əsillli oyunçular alırıq. Həmin futbolçular isə Rusiya və İranda olur. Çempionat bitəndən baxırıq. Bəzilərini gözaltı etmişik. Çalışacağıq ki, bir həftə ərzində transferləri həll edək”.

Mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Serbiyanın “Çukariçki” klubu barədə danışıb: “Oyundan əvvəl Qurban Qurbanovla söhbət edirdik. Ona xatırlatdım ki, biz “Qarabağ”da oynayanda bazaya nə vaxt gəlirdiksə, Qurban Qurbanov hamımızdan tez orada olurdu. Fikirləşirdik ki, niyə dincəlmir? Amma özüm məşqçi olandan sonra gördüm ki, həqiqətən bu, bir dünyadır, bunun içinə girmək lazımdır. Püşkatmadan sonra rəqibi çox incələyirik. Zəif komanda olduğunu deyə bilmərəm, gənc kollektivdir. Serbiyanın U-21 yığmasında 5-6 futbolçuları çıxış edir. Onların qiymətlərinə baxsaq, sizi inandırım ki, “Neftçi” və “Qarabağ” bu oyunçuları transfer edə bilməz. Belə istedadlı futbolçulara sahibdir. Avrokuboklarda bizdən təcrübəlidirlər. Onlara qarşı oynamaq və mübarizə aparmaq olar. Biz inanırıq. Konfrans Liqasında ilkə imza atmaq istəyirik. Rəqibdən çəkinmirik, amma “Çukariçki” hörmət olunası, təcrübəli, nizam-intizamlı və 90 dəqiqə meydanda vuruşan komandadır. Bizi çətin oyun gözləyir”.

Abbasov futbolçu Xəyal Nəcəfovun “Neftçi”yə transferini də dəyərləndirib: “Xəyal bizim üçün itkidir. O, mənim oynatdığım sistemə uyğun gəlirdi. Son iki gündə qərar verdim. Bu keçidə razılıq verməmişdim. Amma Nəcəfovun “Neftçi” adını eşidəndən sonra bizə kömək edə bilməyəcəyini gördüm. Sonra ona uğurlar arzuladım. “Neftçi” kimi böyük klubdan təklif gəlib. Mən istəyərdim ki, o, bir il də möhkəmlənsin. Mənə tam hazır olduğunu söylədi. Bu transferdən bizim klubumuz qazandı. Heyətimizi qorumağa çətinlik çəkirdik, amma bunun üçün çalışırıq. Akademiyadan çıxan futbolçunu sata bildik və klub qazandı. Həmin mövqedə olan gənc futbolçulara da yol açıldı. Əmir Ağayev daha əvvəl bizim komandadan getməsəydi, Xəyal Nəcəfov oynaya bilməyəcəkdi. Şəhriyar Əliyev getməsəydi, Elvin Bədəlov, Sərtan Taşkın getməsəydi, Süleyman Əhmədov oynaya bilməyəcəkdi. Bu gün Xəyalın mövqeyində gənc oyunçular var. Baş məşqçi kimi mənim üçün çətin olacaq. Amma klubun əsas məqsədlərindən biri də məhz budur. Rəhbərliklə əl-ələ vermişik ki, işimiz yaxşı alınsın”.

Baş məşqçi Ankaradakı hazırlıq prosesində Türkiyənin “Sivasspor” və Avstriyanın “Rapid” (Vyana) klubundan əlavə yerli “Keçiörengücü” komandası ilə də qarşılaşacaqlarını söyləyib: “Keçiörengücü” ilə iyulun 5-də, “Sivasspor”la isə iyulun 10-da qarşılaşdıq. İyulun 14-də Rumıniya təmsilçisi ilə üz-üzə gəlməliyik. 15-i isə “Sivasspor”la görüşəcəyik”. (Report)

Qeyd edək ki, “Çukariçki” və “Sumqayıt” arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.

Reklam

Reklam

Reklam


blank
Dünya futbolu2023-01-27 22:28

“Bayer” yeni qapıçı aldı, Lunyovun “Qarabağ”a yolu açıldı

blank
Ölkə futbolu2023-01-27 22:22

“Qarabağ” kimi böyük kluba qoşulduğum üçün çox xoşbəxtəm”

blank
Digər idman növləri2023-01-27 22:00

Yığmamızdan beynəlxalq turnirə uğurlu start

blank
Digər idman növləri2023-01-27 21:42

Azərbaycan komandası dünya kubokunda yarımfinala yüksəldi

blank
Digər idman növləri2023-01-27 21:09

Azərbaycan çempionu tay-brekdə məlum olacaq

blank
Ölkə futbolu2023-01-27 20:00

Kaşuk “Sabah”ın azarkeşini mükafatlandırdı

blank
Digər idman növləri2023-01-27 19:22

Liderdən növbəti qələbə

blank
Digər idman növləri2023-01-27 18:55

Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış

blank
Dünya futbolu2023-01-27 18:06

“Traktor”dan səfərdə inamlı qələbə

blank
Ölkə futbolu2023-01-27 17:45

“Zirə”nin yeni transferi Kiyev “Dinamo”sundan buna görə ayrılıb

blank
Müsahibə2023-01-27 17:30

Mikels transfer məsələsinə qarışmır: “Yaxşı komandamız var”

blank
Dünya futbolu2023-01-27 17:12

“Brayton” “Arsenal”ın təklifini rədd etdi

blank
Dünya futbolu2023-01-27 16:55

“Qarabağ”ın rəqibi cəzalandı

blank
Dünya futbolu2023-01-27 16:44

“Borussiya”dan 8.5 milyonluq transfer

blank
Dünya futbolu2023-01-27 16:32

“Ayaks” Heytinqaya tapşırıldı – müvəqqəti

blank
Dünya futbolu2023-01-27 16:21

“Everton” yeni baş məşqçi tapdı

blank
Premyer-liqa2023-01-27 16:02

Premyer Liqanın XX turu rəqəmlərin gözü ilə

blank
Dünya futbolu2023-01-27 15:51

Baş məşqçisi Emrelinin son durumunu açıqladı

blank
Dünya futbolu2023-01-27 15:33

“Vilyarreal”ın yetirməsi yenidən La Liqada

blank
Layihə2023-01-27 15:21

56 yaşlı avarçəkmə məktəbi – VİDEO

blank
Ölkə futbolu2023-01-27 15:00

Haitili futbolçu “Qarabağ”a “yox” deyib

blank
Ölkə futbolu2023-01-27 14:51

“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq

blank
Dünya futbolu2023-01-27 14:42

Toni Kroos üçün əlamətdar oyun

blank
Ölkə futbolu2023-01-27 14:34

“Çox pis oyun keçirdik” – Nağıyev

blank
Ölkə futbolu2023-01-27 14:20

“Traktor”dan paylaşım: “Qardaş ağrısını qardaş çəkər”

blank
Dünya futbolu2023-01-27 14:00

Premyer Liqa klubundan yeni transfer

blank
Dünya futbolu2023-01-27 13:49

PSJ “Lion”un gənc istedadını istəyir

blank
Digər idman növləri2023-01-27 13:22

Rusiya və Belarus idmançılarına daha bir qadağa

blank
Dünya futbolu2023-01-27 13:07

Fransada klubunda yeni hücumçu

blank
Ölkə futbolu2023-01-27 12:49

Ovusu yayı gözləməyəcək

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

blank
Ölkə futbolu2023-01-04 13:35

“Neftçi” Türkiyəyə yola düşdü – VİDEO

Facebook

Gündəm