Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı”

blank
blank

İki gün öncə “Turan Tovuz” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Ayxan Abbasov AZƏRTAC-ın suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Mətbuata açıqlamanızda “Turan Tovuz”dan rəhbərliyin istəyilə ayrıldığınızı bildirmisiniz. Bir az detallı məlumat verə bilərsiniz? Hər şey necə baş verdi?
  • Klub tərəfindən qəbul olunan qərar idi. Rəhbərlik heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı. Sadəcə, gələcək üçün müəyyən addımlar atacaqlarını, başqa planlarının olduğunu bildirdilər. Buna baxmayaraq, mən tərəfdən heç biri narahatlığa əsas yoxdur. Bu vaxta kimi çalışdığım bütün klubların rəhbərlərinə öncədən demişəm ki, nə zaman getməyimi istəsələr, buna hazıram. Ölkə çempionatı bitən kimi söhbətimiz oldu. Amma dediyim kimi, mənə heç bir səbəb göstərmədilər. Bəlkə də klubun rəhbər şəxsləri öz aralarında danışıb, nələrisə müzakirə edərək bu qənaətə gəliblər. Mənim isə heç nədən xəbərim olmayıb.
  • Yəni, qərar sizin üçün də gözlənilməz oldu..
  • Əlbəttə, çox gözlənilməz oldu. Çünki biz üçillik müqavilə imzalayaraq bu yola çıxmışdıq. İşlərimizi də buna uyğun qururduq. Hətta son günə kimi bəzi yerli futbolçularla razılığa gəlmək üzrə idik. Başqa futbolçularla danışıqlar da aparırdıq. Təbii ki, bu qərarı heç gözləmirdim. Lakin normal şəkildə sağollaşdıq. Çünki hörmət etdiyim insanlardır. Qarşılıqlı razılıq əsasında ayrıldıq. Onlar öz fikirlərini bildirdilər, mən isə bunu normal qarşıladım.
  • “Kəpəz”lə oyundan sonra Ehtiram Quliyev “Turan Tovuz”un növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda oynayacağını bildirmişdi. Siz isə mətbuat konfransında buna cəhd edəcəyinizi söyləmişdiniz. Bəlkə ayrılığa məhz bu amil təsir göstərib?
  • Biz ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalınadək irəlilədik. Avrokuboklara vəsiqə uğrunda şansımız var idi. Bu mövsümün müzakirəsini aparmışdıq və qərara gəlmişdik ki, daha iddialı olmalıyıq. Yekunda altıncı pilləni tutduq, son 5 turda gücümüz çatmadı. Amma gələn ilin planını elə qurmuşduq ki, son turlarda gücümüz çatacağı şəkildə oynayaq. Avrokubok barədə də razılaşmadığımız hər hansı söhbət olmamışdı.
  • Məşqçi karyeranızda bir neçə dəfə bu halla üzləşmisiniz. Komandanı müəyyən səviyyəyə gətirib çıxarmısınız, amma sonra sizinlə yollar ayrılıb…
  • Düşünürəm ki, normal haldır. Məşqçi üçün bu yolu keçmək, əlbəttə ki, çətindir. İllərlə bir klubda işləyəndə daha rahat olur. Digər komandalarda bundan da çox işləmişəm. Demək olar ki, hər klubda 3 ilə yaxın əziyyət çəkmişəm. Nəticə də göz qabağındadır. “Turan Tovuz” kimi bir klubda iki mövsüm işləmək də asan deyildi. Statistikaya baxsaq, görərik ki, bu komanda həm Premyer Liqada, həm də I Liqada ən çox məşqçi dəyişən klubdur. Bunun da səbəbi odur ki, orada azarkeş kütləsi çoxdur. Çətin də olsa, həmin təzyiqlərə dözmək, tənqidləri peşəkar şəkildə qəbul etmək lazımdır.
  • Sizcə, tovuzlu azarkeşlər komandaya rəhbərlik etdiyiniz 2 mövsümdə sizi necə xatırlayacaqlar?
  • Sevindiyim məqam odur ki, bu iki il ərzində heç vaxt düşmə zonasında olmadıq. Ən çətin anlarda belə biz bunu yaşamadıq. Halbuki bizdən daha böyük klublar bu aqibətlə üzləşiblər. “Turan Tovuz”a rəhbərlik etdiyim müddətdə azarkeşləri sevindirmişik. Düşünürəm ki, bundan da pis ola bilərdi. Klubun yaxşı rəhbərliyi var, onlara uğurlar arzu edirəm. Əsas odur ki, bu qərardan gileylənmirəm. Burada futbolçu kimi də çıxış etmişəm. Fikrimcə, “Turan Tovuz”a kifayət qədər xeyrim dəyib.
  • Gələcək planlarınız nədən ibarətdir?
  • Təkliflər gələrsə, əlbəttə ki, dəyələndirəcəyəm. Bu, mənim işimdir. Bununla bağlı hər hansı narahatlığım da yoxdur. İş xatirinə hansısa təklifi də qəbul etmək fikrində deyiləm. Həmin komandanın iş prinsipi, yanaşma tərzi önəmlidir.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-14 00:41

“Kocaelispor” Şeydayevin ayrılığını rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-14 00:13

AÇ: Yığmamız mübarizəni dayandırdı

blank
Ölkə futbolu2024-07-13 23:13

“Sumqayıt”da monteneqrolu hücumçu

blank
Ölkə futbolu2024-07-13 23:00

“Sabah”dan Sloveniyada növbəti heç-heçə

blank
Ölkə futbolu2024-07-13 22:35

“Turan Tovuz” Türkiyəyə yollanacaq

blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm