Ölkə kuboku
Ayxan Abbasovdan qələbə şərhi
“Növbəti mərhələyə vəsiqə qazandığımıza görə komandamı və azarkeşləri təbrik edirəm. Əlbəttə ki, çətin oyun oldu. “Şamaxı” son turların ən yaxşı komandalarındandır. Dörd oyundur ki, daha yaxşı çıxış edirlər, qalib gəlirlər, xal qazanırlar” – bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında “Şamaxı”ya 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, kubok matçının tam başqa atmosferdə keçdiyini söyləyib: “Oyunun gərgin keçəcəyini ehtimal edirdik. Ancaq səbirli olduq, qol epizodlarımızdan istifadə etdik. Artıq bu oyun geridə qaldı və bundan sonra çempionat matçları bizi gözləyir. Həmin oyunlara köklənəcəyik. “Şamaxı”ya da, bizə də uğurlar”.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar
- Müsahibə2024-01-23 13:00
Bayramov qərəzdən şikayətçidir: “Özünü yalnız özü cəzalandıran qurum haqda danışmaq mənasızdır”