Digər idman növləri
Azərbaycan birinciliyinə yekun vuruldu

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet iştirak edib.
Son yarış gününə ağırçəkili atletlərin mübarizəsiylə yekun vurulub. 89 kq çəki dərəcəsində Hüseynəli İbrahimov, 96 kq çəki dərəcəsində Muhəmmədəli Məmmədzadə, 102 kq çəki dərəcəsində Ruslan Mustafayev, +102 kq dərəcəsində isə Sadiq Əliquliyev qalib adını qazanıblar.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə