Digər idman növləri
Azərbaycan çempionatının açılış mərasimi keçirildi
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov yarış iştirakçılarına uğur arzulayıblar.
Daha sonra qadınlar arasında yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib. Qadınlar arasında Azərbaycan çempionatının qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təltif ediblər.
Daha sonra xatirə şəkilləri çəkilib.
Ağır atletika üzrə Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”