Digər idman növləri
Azərbaycan cüdoçuları üçün Rumıniya sınağı

Sabah Rumıniyada cüdo üzrə Açıq Avropa turnirinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, böyüklər arasında keçiriləcək turnirdə iştirak edəcək idmançılarımız artıq Rumıniyaya yollanıb.
Kluj-Napoka şəhərində keçiriləcək və iki gün davam edəcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
Kişilərdən ibarət yığmanın idmançıları böyük məşqçisi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın idmançıları isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
ACF-in B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
33 ölkədən 62 qadın və 150 kişi cüdoçunun yarışacağı turnirdə iştirak edəcək idmançılarımızın siyahısı belədir:
Kişilər
-60 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov
-73 kq
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov
-81 kq
Hasil Cəfərov
Kərim Allahverdiyev
-90 kq
Murad Fətiyev
+100 kq
İmran Yusifov
Qadınlar
-48 kq
Ramilə Əliyeva
-70 kq
Südabə Ağayeva
Günel Həsənli

- Premyer-liqa2022-08-14 22:22
“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə
- Premyer-liqa2022-08-13 22:26
“Qarabağ”la “Turan Tovuz”dan səfər qələbəsi
- Ölkə futbolu2022-08-13 11:12
Dünəndən dərs çıxarmış “Sabah”, mövsümə hazır olmayan “Zirə”
- Premyer-liqa2022-08-14 22:51
“Azarkeşlərin istefa tələbi normaldır” – Yaşar Vahabzadə