Digər idman növləri
Azərbaycan gimnastları beynəlxalq turnirlərə yola düşdülər

Aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva, Xədicə Quliyeva Slovakiyaya yola düşüblər.
Futbolinfo.az xəbər verir ki, onlar 31 mart – 2 aprel aralığında paytaxt Bratislava şəhərində keçiriləcək 24-cü Slovakiya Açıq Beynəlxalq turnirində iştirak edəcəklər.
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova isə 31 mart – 3 aprel aralığında Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçiriləcək “Suada Dilberoviç” beynəlxalq turnirinə yola düşüblər.
