Digər idman növləri
Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin tərkibi formalaşıb
Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib. Futbolinfo.az xəbər verir ki, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.
Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif oğlu Məmmədov İK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
- Mikayıl Cabbarov – Azərbaycan Güləş Federasiyasının prezidenti
- Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
- Namiq Abdullayev – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
- Fərid Mansurov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
- Vasif Məmmədov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi