Dünya futbolu
Azərbaycan klubu yamaykalı futbolçu ilə maraqlanır
“Yanvar ayında ölkə xaricinə oynamaq üçün getməli idim. Təəssüf ki, uşaqlarıma görə ayrıla bilmədim. Sonra isə koronavirus gəldi və buna görə ölkədə qaldım”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri hazırda Yamaykanın “Humble Lions” klubunda çıxış edən “Keşlə”nin sabiq futbolçusu Andre Klenon “Jamaica-star” nəşrinə açıqlamasında deyib.
31 yaşlı hücumçu yenidən Azərbaycandan təklif aldığını söyləyib. Klenon klubun adını açıqlamayıb: “Məqsəd daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa komandasına qayıtmaqdır, çünki orada çox klub mənimlə maraqlanır”.
Qeyd edək ki, Andre Klenon 2018/2019 mövsümündə “Keşlə”də oynayıb. O, 26 oyuna 4 qol vurub.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün