Digər idman növləri
Azərbaycan komandası dünya kubokunda yarımfinala yüksəldi

Azərbaycanın polo üzrə “Land of Fire-Azerbaijan” komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən dünya kubokunda yarımfinala vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, kollektiv qarüstü polo üzrə sayca 38-ci yarışın 1/4 finalında “Flexjet” ilə qarşılaşıb.
Rəqibinə 5:3.5 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını yarımfinala yazdıran ilk komanda olub.
“Land of Fire-Azerbaijan” qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun əziz xatirəsinə həsr edib.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi