Milli komanda
Azərbaycan millisinə çağırıldı – 3 ildən sonra

Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi DÇ-2024-ün əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.
Hazırda ölkəsinin “Marreko” klubunda çıxış edən vinger, sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.
Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib: “Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər”.
6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi