Digər idman növləri
Azərbaycan qılıncoynadanı dünya kubokunun pley-offunda uduzdu

Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında dünya kubokunda mərhələ yarışına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, təmsilçilərimizdən qız şpaqaçıların şəxsi yarışında yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb.
Qrupda 3 qələbəsi olan Nazilə pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.
Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına 18:45 hesabı ilə məğlub olub.

- Ölkə futbolu2023-03-16 23:08
“Turan Tovuz” Panama millisinin oyunçusunu gətirir
- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Milli komanda2023-03-17 09:34
Elvin üçün rəqibin kimliyinin fərqi yoxdur