Milli komanda
“Azərbaycandakı oyunumuza görə tənqid olunduq”

Belçika yığmasının futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirdikləri oyunları dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millimizlə Bakıda baş tutan görüşü yüksək səviyyədə keçirmədiklərini etiraf edib: “Azərbaycandakı oyunumuza görə bir az tənqid olunduq. Ona görə də gücümüzü göstərmək bizim üçün vacib idi. Bunu Estoniya ilə matçda bacardıq. Lukaku isə dünyanın ən yaxşı hücumçularından biri olduğunu vurduğu qollarla sübut etdi”.
Onana final mərhələsinə vəsiqə şanslarının yüksək olduğunu vurğulayıb: “Riyaziyyatdan pisəm, hesablamalar mənim ən yaxşı xüsusiyyətim deyil. Düzdür, xal baxımından böyük üstünlüyümüz var. Amma qarşıdakı matçlarda da eyni təzyiqi və ciddiliyi qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, 5 oyunda 13 xal toplayan Belçika millisi F qrupuna liderlik edir.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Ölkə futbolu2023-12-02 14:55
Tovuzlular Məsiyevin təyinatından narazıdır: “6000 əsəbi azarkeşin qarşısını almaq asan olmayacaq”