Digər idman növləri
Azərbaycanın tennisçiləri üçün Polşa və Almaniya sınağı
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq “Pro Tur” turnirinə qatılacaqlar.
Futbolinfo.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmalar mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, mayın 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.
Hər iki komanda ənənəvi turnirə baş məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Bakıda hazırlaşır.
Kişilərin mübarizəsində Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qadınlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova çıxış edəcək.
Qeyd edək ki, “Pro Tur” turnirində iştirakın əsas məqsədi iyulda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…