Ölkə futbolu
Azərbaycanlı hakim AÇ-nin 1/4 final matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa – Serbiya matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Görüş mayın 27-də baş tutacaq.
Qeyd edək ki, U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya – Fransa qarşılaşmasını da idarə edib.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Ölkə futbolu2023-09-14 19:00
“Neftçi”də əcnəbi idman direktoru: Kamil Məmmədov müşavir olacaq