Ölkə futbolu
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının “Borats” (Bosniya və Herseqovina) – “B-36 Torshavn” (Farer adaları) matçını idarə edəcək.
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyun Bosniya və Herseqovinada keçiriləcək. İyulun 7-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-16 10:10
“Araz-Naxçıvan”ın transfer planı: Nqandonun əvəzinə Sadıxov