Digər idman növləri
“Azərreyl” oyunlarını Almaniyada keçirəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı kollektiv “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.
Bu barədə qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək. “Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.
Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq