Dünya futbolu
Azər Əliyevin komandası “Spartak”la heç-heçəyə razılaşdı
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ufa” 24 oyuna topladığı 31 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq