Digər idman növləri
Azərbaycan basketbolçuları AÇ-yə hazırlaşırlar
İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 yığma komandaları Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.
Futbolinfo.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.
U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyulda Kosovonun Priştina və 29 iyul – 6 avqust aralığında Bakı şəhərlərində keçiriləcək Avropa çempionatının “C” divizionlarının oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışı 15 iyuna qədər davam edəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə