Digər idman növləri
Azərbaycan Gürcüstan və Serbiyaya qarşı
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün sonuncu görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gələcək.
Kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cıdır və ən yaxşı halda bürünc medal qazana bilər.
Qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycanın qadınlar yığması tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.
Ümumdünya Şahmat Olimpiadası
11-ci tur
9 avqust
Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç
Rauf Məmmədov – Velimir İviç
Qədir Hüseynov – Robert Markus
Vasif Durarbəyli – İvan İvanişeviç
Azərbaycan – Gürcüstan
Günay Məmmədzadə – Nana Caqnidze
Xanım Balacayeva – Nino Batsiaşvili
Gövhər Beydullayeva – Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva – Meri Arabidze