Ölkə kuboku
Azərbaycan kubokunun yarımfinalı rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, ilk oyunlar eyni gündə keçiriləcək.
Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki çempionat oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
Yarımfinal
“Qəbələ” – “Qarabağ” – 11 oyun, +2=5-4, top fərqi 8-14
7-ci dəfə yolları kəsişən komandaların duellərində 4 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” üstün olub. Son üç matçda ağdamlılar qələbə qazanıb.
2011/12 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 2:2, 0:0 |
2012/13 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 1:1, 0:0 |
2013/14 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 0:0, 2:1 |
2016/17 | final | Qarabağ (Ağdam) – Qəbələ | 2:0 |
2018/19 | 1/2 final | Qəbələ – Qarabağ (Ağdam) | 1:0, 1:2 |
2020/21 | 1/4 final | Qarabağ (Ağdam) – Qəbələ | 3:1, 3:0 |
“Zirə” – “Neftçi” – 6 oyun, +3=1-2, top fərqi 4-6
İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda üç dəfə kəsişib. Əvvəlki duellərdə ilk matçı səfərdə keçirən komanda mərhələ adlayıb.
2016/17 | 1/4 final | Zirə (Bakı) – Neftçi (Bakı) | 0:3, 2:1 |
2017/18 | 1/4 final | Zirə (Bakı) – Neftçi (Bakı) | 1:0, 0:2 |
2020/21 | 1/4 final | Neftçi (Bakı) – Zirə (Bakı) | 0:1, 0:0 |