Milli komanda
“Azərbaycan millisi arzuolunmaz rəqibdir”
Futzal üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi İvo Krezo Avropa çempionatının final mərhələsinin püşkatması barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və İspaniya yığmaları ilə eyni qrupa düşən komandanın çalışdırıcısı yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Çətin qrupa düşdük. Ümumiyyətlə, Avropa çempionatında asan qrup olmur. İspaniya haqqında xüsusi nə isə danışmağa ehtiyac yoxdur. Bu, dünyanın ən yaxşı komandalarından biridir. Azərbaycan və Gürcüstan isə arzuolunmaz rəqiblərdir. Çünki bu yığmaların heyətində çoxlu sayda braziliyalı legioner var. Yenə də Avropa elitasının bir hissəsi olmaq yaxşıdır. Bosniya və Herseqovinanı ən yüksək şəkildə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
19 yanvar – 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi