Digər idman növləri
Azərbaycan millisi Avropa çempionatının hazırlığına başladı
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.
Futbolinfo.az xəbər verir ki, milli təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.
Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçular toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Sonra milli komanda Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Yığmanın Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.
Yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…