Digər idman növləri
Azərbaycan millisi DÇ-də 6-cı oldu
Sablya üzrə qadınlardan ibarət milli komandamız Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında 6-cı olub.
Rekord.az xəbər verir ki, bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.
Son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb.
Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına 41:45 hesabı ilə uduzub.
Komandamız ümumi sıralamada 6-cı olub.
Xatırladaq ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı