Milli komanda
“Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq”
Avstriya yığmasının futbolçuları Kristof Baumqartner və Mixael Qreqoriç AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh ediblər. Matc.az xəbər verir ki, onlar 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyiblər:
Kristof Baumqartner: “Həqiqətən çox gözəl qələbə oldu. Layiqli oyunla inamlı qalibiyyət əldə etdik. Amma hesab daha böyük ola bilərdi. Rəqib qol vurduğu üçün özümüzü qınamalıyıq. Estoniya ilə matçı da səbirsizliklə gözləyirik. Mart ayı üçün işin yarısı tamamlanıb. Amma bilirik ki, bazar ertəsi də ən azı eyni performansa ehtiyacımız var”.
Mixael Qreqoriç: “Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq. Çünki üstün oyun nümayiş etdirdik. Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik”.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi