Digər idman növləri
Azərbaycan sablyaçıları Tunisdə 5-ci oldu
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Tunisin Hammamet şəhərində keçirilən dünya kubokunda 5-ci yeri tutub.
Futbolinfo.az xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistana 45:32 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.
Növbəti görüşündə İspaniya komandası ilə yığma güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.
Yarımfinala gedən yolda Fransa yığmasına 34:45 hesabı ilə uduzan sablyaçılar 5-6-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasını 45:37, Polşanı isə 45:42 hesabı ilə məğlub edərək dünya kubokunda 5-ci olub.
- Premyer-liqa2024-01-25 15:05
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 17:48
UEFA “Qarabağ”a 1,5 milyon avro ayırdı
- Müsahibə2024-01-24 09:48
Diniyev avrokuboka vəsiqə istəyir: “Yəqin hansısa nüans var ki, penalti təyin edilməyib”
- Ölkə futbolu2024-01-25 08:34
“Neftçi” Aşurmatovu istəyir