Digər idman növləri
Azərbaycan tennisçisi Tiflisdə yarımfinala yüksəldi
Gürcüstanın paytaxtı Tiflis şəhərində yeniyetmələr arasında “WTT youth contender Tbilisi” turniri keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın stolüstü tennisçisi Aylin Əsgərova bu turnirdə uğurla çıxış edir.
Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. O, sabah finala vəsiqə uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.
Bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova isə 1/4 finalda mübarizəni dayandırıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi