Azərbaycan kişi voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında 3-cü turun görüşünə çıxıb.

Futbolinfo.az xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.

Qarşılaşma boyunca üstün olan meydan sahibləri yığmamızı 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu – 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp